Mədət Quliyev bu vəzifəsindən istefa verdi

07:15 - 24 Aprel 2025 - Xəbər

Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verib.

Ucnoqta.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyevin Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işlərinin spesifikliyi ilə əlaqədar Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa vermək qərarına gəldiyi bildirilir.

Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından etibarən Azərbaycan Velosiped Federasiyasının prezidenti idi.///apa

Xəbər xətti