Paytaxt ərazisində 2 vətəndaşın bank kartlarından ümumilikdə 711 manat maddi vəsaitin oğurlanması barədə polisə məlumatlar daxil olub.
Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 22 yaşlı R.Vəliyev və 24 yaşlı H.Rzayev müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalar aparılır.