Aİ Rusiya aktivlərindən Ukraynaya daha 1 milyard avro köçürüb

15:09 - 9 Aprel 2025 - DÜNYA

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə ERA təcili kredit proqramı çərçivəsində Kiyevə 1 milyard avroluq üçüncü tranşı köçürüb.

Ucnoqta.az xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal Teleqram kanalında yazıb.

O qeyd edib ki, bu, artıq G7 ERA proqramı çərçivəsində üçüncü tranşdır. Onun sözlərinə görə, bu təşəbbüs çərçivəsində avropalı müttəfiqlər artıq Ukraynaya 5 milyard avro vəsait ayırıblar.

Xəbər xətti