Şəmkirdə meyit aşkarlanıb.
Ucnoqta.az APA-ya istinadla bildirir ki, meyit Şəmkir şəhəri ərazisində, rayon mərkəzi xəstəxanasının keçmiş binasının 3-cü mərtəbəsində tapılıb.
Araşdırma zamanı məlum olub ki, meyiti tapılan şəxs 42 yaşlı R.Həsənovdur. Meyitin üzərində zorakılıq izləri aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.