Lavrov Türkiyəyə səfər edəcək

11:34 - 9 Aprel 2025 - DÜNYA

Aprelin 11-də Lavrov Qazaxıstanda Rusiya və Mərkəzi Asiya xarici işlər nazirlikləri rəhbərlərinin səkkizinci görüşündə iştirak edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə  Rusiya XİN mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova məlumat verib.

Zaxarovanın sözlərinə görə, növbəti gün nazir Antalya Forumunda iştirak etmək üçün Türkiyəyə səfər edəcək və ikitərəfli görüşlər nəzərdə tutulub.

Aprelin 14-də Lavrov Moskvada BMT Nizamnaməsinin Müdafiəsi üzrə Dostlar Qrupunun iclasında iştirak edəcək.

Xəbər xətti