Çərşənbə axşamı səhərdən bəri İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində azı 26 fələstinli həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, hərbçilər anklavın bütün ərazilərini intensiv hava hücumları və artilleriyadan atəşə tutmaqda davam etdiyi üçün hazırkı hesabat son deyil.