Bakıda tıxac olan yollar açıqlanıb - SİYAHI

08:15 - 19 Fevral 2025 - AVTO

Bakının bir sıra küçə və prospektlərində tıxac yaranıb.

Ucnoqta.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hal-hazırda yollardakı vəziyyət: 
 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
 4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 5. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
 6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
 7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
 9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
 10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
 11. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər xətti