Avropa Komissiyası (AK) Avropa İttifaqında süni intellektə (AI) investisiya üçün 200 milyard avronun səfərbər edilməsi təşəbbüsü ilə çıxış edir.
Ucnoqta.az xəbər verir ki, bunu Parisdə keçirilən süni intellekt sammitində çıxış edən AK rəhbəri Ursula fon der Lyayen deyib.
"Mən burada InvestAI təşəbbüsünü elan etməkdən məmnunam. Biz Avropada 200 milyard avro süni intellekt sərmayəsini səfərbər etməyi hədəfləyirik. Biz diqqəti sənaye və missiya baxımından kritik tətbiqlərə yönəldəcəyik. Bu, etibarlı süni intellekt inkişaf etdirmək üçün dünyanın ən böyük dövlət-özəl tərəfdaşlığı olacaq" - AK rəhbəri deyib.
Onun sözlərinə görə, bu vəsait Aİ-də süni intellekt üzrə gigafabrikaların yaradılmasına sərf olunacaq.