İslam dünyasının təmsil olunmadığı ədalətli sistem ola bilməz - Ərdoğan

14:00 - 10 Fevral 2025 - DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2 milyarddan çox insanı olan İslam dünyasının maraqlarını nəzərə alan yeni dünya düzəninin yaradılmasının zəruriliyini bəyan edib.

Ucnoqta.az xəbər verir ki, Ərdoğan Malayziyanın paytaxtı Kuala Lumpurda BMT haqqında danışarkən deyib.

"Ədalət olmayan yerdə sülh, əmin-amanlıq və bəşəriyyətin inkişafı ola bilməz. 2 milyarddan çox əhalisi olan İslam dünyasının təmsil olunmadığı ədalətli sistem ola bilməz" - prezident qeyd edib. 

“Bizə iqtisadiyyat, diplomatiya, ticarət, təhlükəsizlik problemlərini həll etmək üçün yeni anlayış və yeni dünya nizamı lazımdır. Ədalətli, əməkdaşlıq və etimada əsaslanan bir sistemin qurulması üstünlük deyil, zərurətdir", - deyə Türkiyə lideri vurğulayıb.///trt

Xəbər xətti