Rusiyanın Kazan, Kirov, Saratov və Ulyanovsk hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
Ucnoqta.az xəbər verir ki, "Rosaviatsia"nın məlumatına görə, Kazan, Kirov, Saratov və Ulyanovsk hava limanlarında təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Qeyd olunur ki, mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə bu gün səhər tezdən adları çəkilən hava limanlarında hava gəmilərinin giriş-çıxışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.