Şamaxıda avtomat satmaq istəyən şəxs həbs edildi

15:51 - 10 Fevral 2025 - ÖLKƏ İÇİ

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qanunsuz odlu silah-sursat saxlayan əvvəllər məhkum olunmuş 34 yaşlı Çingiz Qədirov saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, onun yaşadığı ünvandan bir ədəd “Kalaşnikov” avtomat, daraq və patronlar aşkar olunub. Saxlanılan şəxs odlu silahı satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Ç.Qədirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər xətti