Binədə arvadını qətlə yetirib Gürcüstana qaçmışdı - TUTULDU

09:23 - 11 Fevral 2025 - HADİSƏ

Fevralın 8-də saat 23 radələrində Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məmmədov Ramil Məhərrəm oğlu Gürcüstan Respublikasında saxlanılıb. 

Onun ölkəyə ekstradisiyası üçün tədbirlər görülür.

Xəbər xətti