Azərbaycanın İrandakı səfirliyində terror hücumu ilə bağlı anım mərasimi keçirildi

18:40 - 27 Yanvar 2025 - Xəbər

Azərbaycanın İrandakı səfirliyində terror hücumu ilə bağlı anım mərasimi baş tutub.

Ucnoqta.az xəbər verir ki, bu barədə səfir Əli Əlizadə “X” hesabında paylaşım edib.

“27 yanvar 2023-cü il tarixdə Səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində şəhid olmuş həmkarımız Orxan Əsgərovun əziz xatirəsini vəfatının ildönümündə andıq, onunla bağlı xatirələrimizi bölüşüb hörmətlə yad etdik. Allah rəhmət eləsin!”, - paylaşımda qeyd edilib.


Xəbər xətti