DGK sədri gömrükçülərə maaş verilməməsindən DANIŞDI

14:34 - 28 Yanvar 2025 - Xəbər

Son günlər mediada Dövlət Gömrük Komitəsi əməkdaşlarının 3 aydan bəridir ki, əmək haqlarını ala bilməməsinə dair xəbərlər yayılıb.

Həmin məlumatlarda bildirilir ki, hər hansı bir səbəb göstərilmədən əmək haqları verilmir.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Gununsesi.info-ya açıqlamasında bu barədə suala aydınlıq gətirib: “Bəzi texniki məsələlər var. Onlar həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur”. 

Xəbər xətti