Aİ-nin Gürcüstandan olan diplomatlar üçün vizasız rejimi dayandırmaq qərarı texniki detaldır və simvolik xarakter daşıyır.
Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərə Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
“Mən bunda xüsusi bir şey görmürəm, bu, sadəcə texniki, simvolik addımdır. Bizim üçün ən önəmlisi odur ki, ölkədə əmin-amanlığa, cəmiyyətin, xalqımızın mənafeyinə heç bir təhlükə yoxdur. Biz Avropa Birliyinə viza ilə və ya vizasız səyahət edə biləcəyik. Bunun heç bir ciddi mənası yoxdur” - Kobaxidze deyib.
Bazar ertəsi Avropa İttifaqının xarici işlər nazirləri Brüsseldə keçirilən iclasda Gürcüstan rəsmiləri və diplomatları üçün vizasız gediş-gəlişin dayandırılması barədə qərar qəbul ediblər.