63 yaşlı mütəxəssis daha 3 il İspaniya millisini çalışdıracaq

16:38 - 27 Yanvar 2025 - İDMAN

 İspaniya Kral Futbol Federasiyası (RFEF) millinin baş məşqçisi Luis de la Fuente ilə müqavilənin müddətini uzadıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə RFEF-in mətbuat xidməti məlumat yayıb.

Mütəxəssisin yeni müqaviləsi iyulda başa çatacaq 2028-ci il Avropa çempionatının sonuna qədər nəzərdə tutulub.

De la Fuentenin 63 yaşı var. O, 2022-ci ilin dekabrından İspaniya millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2024-cü ildə Avropa çempionatının qalibi olub.

Xəbər xətti