"Mançester Yunayted" bir saatdan çox 10 nəfərlə oynayaraq "Arsenal"ı penaltilər seriyası ilə İngiltərə kubokundan kənarlaşdırıb.
Ucnoqta.az xəbər verir ki, Londonda keçirilən matçın əsas vaxtında “Mançester Yunayted”in heyətində 52-ci dəqiqədə Bruno Fernandes, 63-cü dəqiqədə isə “Arsenal”ın heyətində Qabriel Maqalhaes fərqlənib.
61-ci dəqiqədə qonaqlar Dioqo Dalonun meydandan qovulmasından sonra azlıqda qalıb. 72-ci dəqiqədə Martin Odeqard penaltini yerinə yetirə bilməyib.
Əlavə vaxtda qalibi müəyyən etməyən komandalar penaltilər seriyasında qonaqlar daha dəqiq olub - 5:3.
“Mançester Yunayted” ötən mövsüm İngiltərə Kubokunun qalibi, “Arsenal” isə ən çox kubok qazanan komandadır (14).