Moskvadan İrəvana uçan "Aeroflot" aviaşirkətinin təyyarəsi Mahaçqala hava limanında məcburi eniş edib.
Ucnoqqta.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Qeyd olunur ki, uçuş zamanı ekipaj hava məkanının qapalı zonasının genişləndirilməsini elan edib, buna görə də marşrut xeyli uzadılmalı olub.
Yanacaq tükəndiyinə görə təyyarə yanacaq doldurmağı xahiş edib və Mahaçqalaya məcburi eniş edib.