Argentinalı hücumçu Lionel Messi və "İnter Mayami" müqaviləsini 2026-cı ilin sonuna qədər uzatmaq üçün danışıqlar aparır.
Ucnoqta.az-ın məlumatına görə, nu barədə “Marca” xəbər verir.
37 yaşlı Messinin hazırkı müqaviləsi 2025-ci ilin dekabrında başa çatır. Qeyd olunur ki, hər iki tərəf müqaviləni daha 12 ay uzatmağı gözləyir.
Messinin uzunmüddətli hədəfi futboldan ayrılana qədər 2026 Dünya Kubokunda oynamaqdır.
Yeni müqavilədə Messinin Dünya Kuboku ərəfəsində ən yaxşı vəziyyətdə olmasını təmin etmək üçün MLS mövsümündə Avropa klubuna icarəyə getməsinə icazə verən bənd daxil ola bilər.