Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə maliyyə naziri Samir Şərifov vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib.
S.Şərifovun Nazirlər Kabinetinə göndərilməsi ilə Baş nazirin müavinlərinin sayı 3-ə çatıb.
Belə ki, hazırda Baş nazir Əli Əsədovun birinci müavini vəzifəsini Yaqub Eyyubov tutur. O, 1999-cu ildə müavin, 2003-cü ildə isə birici müavin təyin edilib.
Baş nazirin müavini isə Şahin Mustafayevdir. 2008-ci ildən 2019-cu ilədək 3 müxtəlif nazirliyə rəhbərlik etmiş Şahin Mustafayev artıq 6-cı ildir ki, Nazirlər Kabinetində çalışır.
Məlumat üçün bildirək ki, əvvəllər kənd təsərrüfatı naziri (2004-2013) işləmiş İsmət Abbasov da sonradan baş nazirin müavini (2013-2018) vəzifəsində işləyib.///qafqazinfo