Əməkdar artistin səhhəti pisləşdi

17:54 - 10 Yanvar 2025 - Cəmiyyət

Əməkdar artist Gülzar Qurbanovanın səhhətində problem yaranıb.

Musavat.com xəbər verir ki, aktrisa bu haqda özü məlumat yayıb.

Qurbanova virusa yoluxub:

"Bazar günü "21:15 qatarı" tamaşasıdır. Mən də virusa yoluxdum, özünüzü qoruyun. 2 gündür mübarizə apara-apara fikirləşirəm ki, bəlkə 21:15 qatarını gözləməyi dayandırıb, həyatdan həzz alaraq onun axınına icazə versəm, gözlənilməz bir anda o qatara yetişə bilərəm. Kim bilir, bəlkə heç gözləmədiyim anda yaxşı şeylər gələ bilər... Bəlkə də... Buna görə də dərindən nəfəs alın, inanın yaxşı şeylər öz vaxtında - çox vaxt özümüzlə harmoniyada olduğumuz zaman gəlir".

Xəbər xətti