İsrailin son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində 20-dən çox fələstinli həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Telekanal qeyd edir ki, cümə günündən bəri İsrailin Qəzza zolağının bütün hissələrinə reydləri və hücumları nəticəsində ən azı 21 mülki vətəndaşın həlak oub
Fələstinin WAFA xəbər agentliyi xəbər verir ki, döyüş təyyarələri Qəzza şəhərinin Əl-Rimal və Əl-Zeytun bölgələrində yaşayış binalarına zərbələr endirib, nəticədə bir neçə mülki şəxs həlak olub, bir neçə nəfər isə yaralanıb.