Seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq, ölkə üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış və müvafiq media subyektlərində ödənişsiz təşviqat hüququ əldə etmiş yeganə siyasi partiya olan Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində bərabər şərtlər daxilində seçkiqabağı təşviqatın aparılmasının təmin olunması məqsədilə bu hüququndan istifadə etməmək qərarını Mərkəzi Seçki Komissiyasına bildirib.
Ucnoqta.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.