Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

15:22 - 6 Yanvar 2025 - Xəbər

Dövlət Sərhəd Xidməti narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qaşısı alıb.

Bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 700 qram tiryək və 13 616 ədəd narkotik tərkibli həbin (13 016 ədəd Pregabalin – 150, 600 ədəd metadon M-40) qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bundan əlavə Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən Azərbaycan vətəndaşı Yevlax rayon sakini – 1984-cü il təvəllüdlü Məhərrəmov Nəbi Zakir oğlu saxlanılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər xətti