Niderland millisinin sabiq hücumçusu Patrik Klüvert İndoneziya yığmasının baş məşqçisi olacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano X sosial şəbəkəsində məlumat verib.
Romano bildirir ki, Patrik Klüvert İndoneziya millisinin yeni baş məşqçisi kimi müqavilə imzalamağa hazırdır, müqavilə iki il müddətinə bağlanıb, üstəlik, təqdimat İndoneziyada yanvarın 12-də baş tutacaq.
Məqsəd dünya çempionatına vəsiqə qazanmaqdır.