Suriyanın xarici işlər və müdafiə nazirləri BƏƏ-yə getdilər

13:57 - 6 Yanvar 2025 - DÜNYA

Suriya Keçid Hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfərə gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Suriyanın SANA xəbər agentliyi məlumat yayıb.

Əl-Şibaninin rəhbərlik etdiyi nümayəndə heyətinə Suriyanın müdafiə naziri Murhaf Əbu Qəsrə və Baş Kəşfiyyat Xidmətinin rəhbəri Ənəs Həsən Xəttab daxildir.
Agentliyin qeyd etdiyi kimi, Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndələri BƏƏ-də ölkələr arasında əməkdaşlıq və koordinasiya perspektivlərini müzakirə edəcəklər.

BƏƏ respublikada hakimiyyət dəyişikliyindən sonra Suriya hökumət heyətinin səfər etdiyi üçüncü ölkə olub.

Xəbər xətti