Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı tutduğu vəzifədən azad edilib.
Ucnoqta xəbər verir ki, Faiq Xudanlı bununla bağlı "Facebook" hesabında paylaşım edib.
Hələlik Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə yeni təyinat yoxdur.
Qeyd edək ki, daha əvvəl mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov tutduğu vəzifədən azad edilib.///apa