Qəzzada 320-dən çox humanitar yardım işçisi həlak olub

08:51 - 12 Noyabr 2024 - DÜNYA

2023-cü ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri Qəzza zolağında ən azı 322 yardım işçisi həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə BMT-nin İşğal olunmuş Fələstin Ərazilərindəki Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.

Hesabatda həmçinin vurğulanır ki, Qəzzaya yetərli miqdarda humanitar yüklərin çatdırılması üçün əlverişli şərait hələ də yoxdur.
 Qeyd edildiyi kimi, qışın yaxınlaşması ilə əlaqədar olaraq anklavlara humanitar yardımın, xüsusilə ərzaq, geyim, yanacaq, habelə müvəqqəti yerləşdirmə mərkəzlərinin işinin təşkili üçün yüklərin çatdırılması xüsusi əhəmiyyət kəsb edir.

Xəbər xətti