Şolz maliyyə nazirini işdən çıxarıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Spiegel yazıb. Məlumata görə, Almaniya kansleri Olaf Şolz maliyyə naziri Kristian Lindneri vəzifəsindən azad edib.
Hakim koalisiya liderlərinin görüşündə nazir “iqtisadi dönüşün” və 2025-ci ilin yanvarında növbədənkənar seçkilərin keçirilməsinin vacibliyini müdafiə edib.
Bu, Almaniya hökumətində ilk istefa deyil - ilk olaraq ədliyyə naziri Buşman, ardınca isə təhsil naziri Stark-Vatzinger və parlament qrupunun rəhbəri Kristian Düer işdən çıxıb.