Ov tüfəngi ilə ehtiyatsız davrandı - qolu amputasiya edildi

11:11 - 7 Oktyabr 2024 - HADİSƏ

Qəbələ rayonunda 54 yaşlı Araz Allahverdiyev odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyatsız davranması zamanı xəsarət aldığı müəyyən edilib.

Xəstəxanaya yerləşdirilən A.Allahverdiyevin qolu amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti