İsrail ordusu Livanda şiə Hizbullah partiyasının mərkəzi şurasının üzvü Nabil Kaukun ləğv edildiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, o, sentyabrın 28-də İsrail Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi hədəfli hava zərbəsi nəticəsində məhv edilib.