Olimpiadada qarışıq triatlon estafetindən əvvəl ikinci məşq ləğv edildi

11:01 - 4 Avqust 2024 - İDMAN

Təşkilatçılar Paris Olimpiadasında qarışıq estafet ərəfəsində triatlonçular üçün bazar günü məşqini ləğv ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə yarışın təşkilat komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qərar Sena çayında suyun keyfiyyətsiz olması səbəbindən qəbul edilib.

Şənbə günü çaydan keçən tufan səbəbindən təşkilatçılar triatlonçuların məşqini ləğv ediblər. Paris Oyunlarında qarışıq triatlon estafetinin avqustun 5-də keçirilməsi planlaşdırılır.

Xəbər xətti