"Qarabağ" Lunyovla yolları ayırdı

18:08 - 4 İyun 2024 - İDMAN

"Qarabağ" qapıçısı Andrey Lunyovla yollarını ayırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 33 yaşlı rusiyalı qolkiperlə başa çatan müqavilə uzadılmayıb.

2023-cü ilin yayından "Qarabağ"da çıxış edən Lunyov bu müddətdə 34 matça çıxıb. O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib. Andrey “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.

Ağdam təmsilçisi Lunyova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. 

Xəbər xətti