Dağıstanda polis generalı saxlayıb üzü üstə asfalta yıxdı - VİDEO

19:37 - 17 Aprel 2024 - DÜNYA

Dağıstanda Çeçenistanın fövqəladə hallar naziri, general-mayor Əlixan Cakayev saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baza Telegram-da məlumat yayıb.

Polis Cakayevi aprelin 14-də tutub. O, Novolakski rayonundakı Gerzel keçid məntəqəsinin yaxınlığında qara rəngli avtomobilindən çıxarılaraq üzü üstə asfalta uzadılıb. General-mayorun yanında heç bir sənəd olmayıb.

Nazirin tezliklə tibbi müayinədən keçmədən evə buraxıldığı qeyd edilir.

Xəbər xətti