Paşinyan AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktorunu qəbul edib

15:24 - 30 Aprel 2024 - Xəbər

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru Gert Yan Kupmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ucnoqta.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyan Ermənistan-Avropa İttifaqı əlaqələrinin daha da inkişafının vacibliyini vurğulayaraq, Brüsseldə keçirilən Ermənistan-Aİ-ABŞ yüksək səviyyəli görüşünü əsas adlandırıb və əldə olunmuş razılaşmaların səmərəli həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Kupman öz növbəsində qeyd edib ki, Avropa Komissiyası Ermənistanın davamlılığının və iqtisadi artımının gücləndirilməsinin xeyrinə Ermənistan hökumətinin prioritetlərinin həyata keçirilməsinə töhfə verməyə hazırdır.

Xəbər xətti