Şəmkirdə "BMW" dəmir ara kəsməyə çırpılıb, sürücü ölüb

09:01 - 30 Aprel 2024 - HADİSƏ

Şəmkirdə minik maşını dəmir ara kəsməyə çırpılıb, sürücü ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində baş verib. Hərəkətdə olan "BMW" markalı minik maşını yoldan çıxaraq dəmir ara kəsməyə çırpılıb. Qəza zamanı sürücü rayonun Mahmudlu kənd sakini 1985-ci il təvəllüdlü Aslan Kirov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti