Minaya düşən hərbçimizin vəziyyəti ağırdır - TƏBİB

15:13 - 29 Aprel 2024 - Cəmiyyət

Qazaxda Ermənistanla təmas xətti olmuş ərazidə mina partlayışı zamanı xəsarət alan 2004-cü il təvəllüdlü şəxs aprelin 29-da saat 10:10 radələrində Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, gətirilən zaman vəziyyəti-ağır, huşu aydın, sol ayağının pəncəsinin travmatik amputasiyası, yara yerinin arterial qanaxması, yara yeri çirkli olub:

"Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir".

Xəbər xətti