Maskın sərvəti beş gündə 37 milyard artıb

08:06 - 30 Aprel 2024 - Xəbər

Son beş gündə iş adamı İlon Maskın sərvəti 37,3 milyard dollar artıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg Billionaires Index yazıb. Bu, onun sərvətində 2022-ci ilin mart ayının əvvəlindən bəri ən böyük həftəlik artımdır. Belə ki, Çin texnologiya şirkəti Baidu ilə mümkün əməkdaşlıq xəbərləri Tesla səhmlərini artırdı.

Təkcə aprelin 29-da İlon Maskın sərvəti 18,5 milyard dollar artaraq Bloomberg-ə görə 201,5 milyard dollara çatıb. Həmin gün Tesla səhmləri 17,76% bahalaşıb.

Xəbər xətti