İsrail istənilən halda Rəfah əməliyyatını həyata keçirəcək - Netanyahu

15:19 - 30 Aprel 2024 - DÜNYA

İstənilən halda İsrail əsgərləri Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində əməliyyat keçirəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu Fələstin anklavında saxlanılan girovların qohumları ilə görüşündə bildirib.

"Bütün məqsədlərə çatana qədər müharibəni dayandıracağımız ideyası belə nəzərə alınmır, biz Rəfaha girəcəyik və orada yerləşən HƏMAS batalyonlarını məhv edəcəyik" - baş nazir deyib.

Xəbər xətti