Hacıqabulda nişanlı qızın intihar etməsinin detalları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, J.Əliyeva Şirvan şəhərində yerləşən kolleclərin birində təhsil alırmış. Onun ailəsi ilə bağlı heç bir problemin olmadığı, bacısının isə onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilib.
23:49
Hacıqabulda intihar baş verib.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonunun Abdulabad kəndində qeydə alınıb.
Kənd sakini, 2006-cı il təvəllüdlü Əliyeva Jalə Zəfər qızının asılmış meyiti aşkar edilib.
Onun nişanlı olduğu qeyd edilir.
Faktla bağlı Hacıqabul Rayon Prokuroluğunda cinayət işi açılıb, araşdırma aparılır.