İsraildə nazir bir həftə ərzində ikinci dəfə xəstəxanaya yerləşdirilib - KİV

16:27 - 29 Aprel 2024 - DÜNYA

İsrailin Fövqəladə Müharibə Kabinetinin naziri və ölkənin Müdafiə Nazirliyinin keçmiş rəhbəri Benni Qantz Qəzza sərhədi yaxınlığında motokros motosikleti sürərək ayağını sındırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb. Qeyd olunur ki, bu, bir həftədən az müddətdə ikinci dəfədir ki, İsrail naziri xəsarətlə xəstəxanaya yerləşdirilir.

Siyasətçi ölkənin cənubunda Qəzza zolağı ilə sərhədə yaxın Kibbutz Yad Mordecai yaxınlığında kənddə velosiped sürərkən ayağını sındırıb. 

Xəbər xətti