İranın raketlərinin təxminən 50%-i hədəfə çatmayıb

10:39 - 15 Aprel 2024 - DÜNYA

13 aprel hücumunda İranın ballistik raketlərinin təxminən 50%-i havaya qalxa bilməyib və ya İsraildəki hədəflərinə çatmayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı adı açıqlanmayan amerikalı məmura istinadən məlumat yayıb.

Eyni məlumatları təqdim edən The Wall Street Journal-ın məlumatına görə, İran İsrailə 115-130 ballistik raket atıb. ABŞ rəsmiləri atılan raketlərin yalnız yarısının ələ keçirildiyini, qalanlarının isə hədəfə çata bilmədiyini bildirib.

Xəbər xətti