Tovuzda 40 yaşlı kişini "tok" vurub

17:42 - 29 Mart 2024 - ÖLKƏ İÇİ

Tovuzda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Papaqçılar kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il təvəllüdlü Nemət Abbasov kənd ərazisindəki transformatora müdaxilə edən zaman cərəyan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti