İsrail ordusu İordan çayının qərb sahilində reydlər keçirir

08:56 - 29 Mart 2024 - DÜNYA

İsrail ordusunun bölmələri İordan çayının qərb sahilində Fələstinin bir neçə şəhərində reydlər keçirir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.

Məlumata görə, əməliyyatlar Nablusda, eləcə də Qalqilya şəhəri yaxınlığında aparılır. Bundan əlavə, kanalın qeyd etdiyi kimi, Hebron yaxınlığındakı qaçqın düşərgəsində İsrail hərbçiləri ilə toqquşma zamanı bir fələstinli açılan atəş nəticəsində yaralanıb.

Xəbər xətti