Bayden Trampın 1 ayda topladığı puldan çox qazandı

05:46 - 29 Mart 2024 - DÜNYA

Nyu-Yorkda keçirilən kampaniya tədbiri ABŞ prezidenti Co Baydenə seçki büdcəsini rekord məbləğdə 25 milyon dollar artırmağa imkan verdi

Ucnoqta.az xəbər verir ki, bu barədə onun seçki qərargahı X sosial şəbəkəsində bildirib.

Bu töhfə, Baydenin Demokratik sələfləri Barak Obama və Bill Klintonun, habelə məşhur teleaparıcıların və musiqiçilərin müşayiəti ilə Nyu-Yorkun "Radio City Music Hall"da verilişinə bilet satışı ilə təmin edilib.

Qeyd edilir ki, Bayden bu tədbirdə rəqibi Donald Trampın bütün fevral ayı ərzində topladığı puldan daha çox pul toplayıb.

Xəbər xətti