İqtisadiyyat üzrə Nobel mükafatçısı vəfat edib

00:11 - 28 Mart 2024 - İQTİSADİYYAT

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Daniel Kahneman 91 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Washington Post” onun övladlığa götürdüyü qızı Debora Treysmana istinadən yazıb.

Alim 2002-ci ildə “iqtisadi elmdə psixoloji texnikanın tətbiqinə, xüsusən də qeyri-müəyyənlik şəraitində mühakimələrin formalaşmasının və qərarların qəbul edilməsinin tədqiqinə görə” Nobel mükafatı alıb.

Kahneman 1934-cü ilin martında Təl-Əvivdə anadan olub.

Xəbər xətti