Polis Şəmkirdə əməliyyat keçirdi: 10 nəfər saxlanıldı

15:43 - 27 Mart 2024 - HADİSƏ

Şəmkir Rayon Polis Şöbəsinin və tabeli qurumlarının əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən 10 nəfər rayon sakini saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Ucn.az-a bildirilib ki, saxlanılan hər bir şəxsin üzərinə, avtomobillərinə, yaşadıqları evlərə o cümlədən digər yerlərə axtarış aparılan zaman  müxtəlif çeşidli narkotik vasitələr aşkar edilərək götürülüb.

Aşkarlanan maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir. 

Xəbər xətti