“Bir toydan 70 min manat pul qazandım” - VİDEO

11:07 - 19 Mart 2024 - MAQAZİN

“Gözümü açandan və bu sənətə gələndən hər zaman pul qazanmışam. Mənim toylarım fərqli olub. Hər dəvət aldığım məclisə getmirdim. Əgər məni qonorar baxımından razı sala bilirdilərsə, o zaman toya gedirdim”. 

Ucnoqta.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Sevda Kazımova “Space maqazin” verilişinə müsahibəsində deyib. 

O bildirib ki, bir toydan 70 min manat qonorar alıb: 

“Mən çox “yaxşı” qiymətə toya getmişəm. Bütün musiqiçilər bilir ki, mən “dəhşət” pul qazanmışam. Bir toyda oxudum, orada mənə 70 min manat pul verdilər. 7 “paçka” 100 manatlıq əsginası çantamın içinə qoydular. O zamanda mən sevinmədim. Çünki mənə hüzur lazımdır. Pulları mənim çantama qoyanda istədim onları qoyum kənara, rəfiqəm o an mənə söylədi ki, “Seva dəymə o pullara, qoy qalsın”. 

Xəbər xətti