Yəməndə husilərə məxsus yeddi gəmi əleyhinə raket məhv edilib

05:45 - 19 Mart 2024 - DÜNYA

ABŞ ordusu bazar ertəsi Yəmənin Ənsar Allah hərəkatının husi üsyançılarına məxsus yeddi gəmi əleyhinə raketi və üç pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bildirib.

Bildirilir ki, ABŞ Mərkəzi Komandanlığı qüvvələri Yəmənin husilərin nəzarətində olan ərazilərində yerləşən yeddi gəmi əleyhinə raketi, üç PUA və üç silah anbarını uğurla vurub.

Xəbər xətti