ABŞ aprel ayında şist neft hasilatını gündəlik 10 min barel artıracaq

00:12 - 19 Mart 2024 - İQTİSADİYYAT

2024-cü ilin aprelində ABŞ-da şist neft hasilatı mart ayı ilə müqayisədə 10 min barel artacaq - sutkada 9,759 milyon bareldən (b/d) 9,769 milyon barelədək.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının hesabatında deyilir.

Mart ayında faktiki şist neft hasilatı departamentin əvvəlki proqnozda gözlədiyi dəyərlərdən bir qədər yüksək olub, 9,759 milyon barel təşkil edib.

Hesabatda qeyd olunur ki, neft hasilatının sıx cəmləşdiyi yeddi neftli regiondan üçündə hasilatın artması gözlənilir. Ən böyük artım Perm hövzəsində proqnozlaşdırılır ki, burada apreldə orta gündəlik şist neft hasilatı sutkada 8 min barel artaraq 6,112 milyon barel təşkil etməlidir. Bundan əlavə, Bakken layda hasilatın 4 min barel artması gözlənilir - 1,229 milyon barel/günə qədər. Eagle Ford formasiyasında bu rəqəm 2 min barel artaraq 1,149 milyon barel/gün olacaq.

Xəbər xətti